Hadisə

Bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dalğıc-xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

· Xəbərçi
Bulvarda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
FHN xilasediciləri Bakı bulvarında bamaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər