Bakı və Abşeron yarımadasında yaxın üç gün ərzində buludlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mühəndisi Yeganə Cabbarovanın ANS PRESS-ə verdiyi məlumata görə, martın 3-də və 4-də hava arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Axşam yağıntı düşməsi ehtimalı var. Cənub-qərb küləyi, gündüz şimal-qərb küləyi ilə əvəz ediləcək. Axşama doğru küləyin sürəti arabir artacaq. Havanın temperaturu axşam 3-6, gündüz 8-11 dərəcə olacaq.
Martın 5-də isə hava dəyişkən-buludlu və yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər saatlarında arabir güclənəcək. Axşam 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində də hava yaxın 3 gündə qeyri-sabit olacaq. Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda isə sulu-qar və qar yağacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu axşam 2-7, gündüz 8-13, dağlarda 0-5 dərəcə təkşil edəcək. Martın 5-i gündüz hava yağmursuz olacaq.
/ANS PRESS/