Bu gecə saat 02:00 radələrində Bakının Səbail rayonu ərazisində 51 yaşlı qadın şaxtadan donaraq ölüb. Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Xanlar küçəsi 24 ünvanın küçədən donmuş qadın meyidi tapılıb.
Qadının kimliyini araşdıran zaman məlum olub ki o, həmin ərazidə küçədə yaşayırmış. Onun 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib. Qadın küçədə tüfeyli həyat tərzi keçirib, spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
Bu gecə Bakıda qadın şaxtadan donub öldü
Ölən qadın küçədə tüfeyli həyat tərzi keçirib, spirtli içki aludəçisi olub




Şərhlər