Hadisə

Bu gecə Bakıda 3 nəfər döyülüb

Ağır vəziyyətdə olan kişilər xəstəxanalara yerləşdiriliblər

· Xəbərçi
Bu gecə Bakıda 3 nəfər döyülüb
Bu gecə Bakının müxtəlif yerlərində 3 nəfər döyülüb. ANS PRESS-in məlumatına görə, döyülənlərin hər üçün ağır vəziyyətdə xəstəxanalara yerləşdiriliblər.

İlk hadisə gecə saat 00:44 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş verib. 1984-cü il təvəllüdlü Mehman Məmmədov huşsuz vəziyyətdə tapılıb.

Gecə saat 01:40 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində 1977-ci il təvəllüdlü Şəmsi Osmanov möhkəm döyülüb.

Digər hadisə isə gecə saat 02:20 radələrində Nəsimi rayonu ərazisində baş verib. 1989-cu il təvəllüdlü İlqar İsmayılov döyülmüş vəziyyətdə küçədə tapılıb.

Şərhlər