Hadisə

"BMV Ayka" həbs edildi

Aynur Şahverdiyeva sadəcə yardım istəmək məqsədilə əcnəbi vətəndaşa yaxınlaşdığını deyib

· Xəbərçi
"BMV Ayka" həbs edildi
Azərbaycanda Böyük Britaniya vətəndaşını qarət edən “BMV Ayka” ləqəbli Aynur Şahverdiyeva həbs edilib. Yasamal rayon Polis İdarəsinin müstəntiqi Seymur Həsənovun ANS-ə verdiyi məlumata görə, “BMV Ayka” Murtuza Muxtarov küçəsində Böyük Britaniya vətəndaşı Meri Penkinə hədə-qorxu gəlməklə onun 230 manatını qarət edib. Ayka soyğunda bıçaqdan istifadə etsə də, əcnəbiyə zərər yetirməyib.

Ayka faktı təsdiq etsə də, o soyğun məqsədi ilə deyil, narkotik aludəçisi olduğu üçün əcnəbidən yardım istəmək məqsədilə yaxınlaşdığını deyib. 2 uşaq anası Aynurun ləqəbinə gəlincə, dediyinə görə, bu onun 1995-ci ildə BMW markalı avtomobilə sahib olması ilə bağlıdır.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər