Binəqədidəki partlayışla bağlı rəsmi məlumat
22 Fevral 2010 Bazar Ertəsi 13:20
Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir
Fevral ayının 22-si saat 05:39-da Fövqəladə Hallar Nazirliyinin “112 zəng mərkəzi”nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək, aidiyyatı qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, partlayış nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3 kvadratmetr sahədə yanıb.
Yanğın saat 06:00-da söndürülüb. Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hazırda hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.
Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yalnız bundan sonra qəzanın tam səbəbi bilinəcək.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: