Binəqədidə oğru döyülərək öldürüldü
10 Fevral 2011 Cümə Axşamı 23:15
30 yaşlı Bakı sakini aldığı xəsarətlərdən xəstəxanada keçinib
Bakının Binəqədi rayonunda gənc oğlanı döyərək öldürüblər. Hadisə 3-4 gün əvvəl, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin qarşısında törədilib. Belə ki, 3-4 nəfər 30 yaşlı paytaxt sakini İlkin Süleymanovu döyüb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, dünən orada dünyasını dəyişib.
Aparılan tədbirlər nəticəsində İlkin Süleymanovu döyərək ona bədən xəsarətləri yetirən şəxsin Rəsul Rəsulov olduğu müəyyən edilib. Hadisəyə səbəb kimi isə İlkinin Rəsula məxsus dükandan oğurluq etməsi olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır xəsarət yetirməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, İlkin Süleymanovu 8 nəfər döyüb. Onlar Rəsul Rəsulov, onun qardaşı Sənan və daha 6 nəfərdir. Polis həmin şəxslərin saxlanılmasi üçün tədbirlərini davam etdirir.
DOSTLARINLA PAYLAŞ: