Hadisə

Binəqədi rayonunda üç İran vətəndaşı xəsarət alıb

Binəqədi rayonu ərazisində yerləşən şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayışda xəsarət alanların kimliyi müəyyənləşib.

· Xəbərçi
Binəqədi rayonunda üç İran vətəndaşı xəsarət alıb
ANS PRESS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanmış, orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Şərhlər