Gecə saatlarından paytaxt ərazisində müşahidə edilən güclü külək Binəqədi rayonu Səttar Bəhlulzadə döngə 1-də bir sıra fəsadlarla nəticələnib. Belə ki, səhər saat 09-radələrində küçəyə gələn elektrik, qaz və telefon xətləri yaxınlıqdakı çoxmərtəbəli binanın damının uçması nəticəsində tamamilə sıradan çıxıb. Küləyin təsirindən yerindən qopan dam örtüyü birbaşa küçəyə gələn kommunal xidmət xətlərinin üstünə düşüb.
Hadisə səhər saatlarında baş verdiyindən xoşbəxtlikdən həyətdə heç kim olmayıb. /ANS TV/