Hadisə

Binəqədi rayonunda 5 otaqlı ev yandı

Binəqədi rayonunda vətəndaşa məxsus 5 otaqlı ev yandı.

· Xəbərçi
Binəqədi rayonunda 5 otaqlı ev yandı
Bakıda 5 otaqlı ev yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsinin bir otağında 2 ədəd çarpayı, yataq dəsti və digər otaqda 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.

Şərhlər