Hadisə

Binəqədi rayonu ərazisində avtomobil yanıb

Hadisə Binəqədi rayonunda metronun Nəsimi stansiyasının yaxınlığında baş verib.

· Xəbərçi
Binəqədi rayonu ərazisində avtomobil yanıb
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün axşam saat 21:30 radələrində Bakı Metropoliteninin Nəsimi stansiyasının yaxınlığında “VAZ-2106” markalı avtomobilin mühərrik hissəsi yanmağa başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin tamamən yanmasının qarşısını alıblar.

Verilən məlumata görə, yanğın elektrik qısaqapanması nəticəsində baş verib. ANSPRESS

Şərhlər