Hadisə

Binə ticarət mərkəzində qətl

Binə ticarət mərkəzində qətl. İş adamı öz mağazasında güllələnib.

· Xəbərçi
Binə ticarət mərkəzində qətl
Bu gün saat 17:30 radələrində Binə ticarət mərkəzində qətl hadisəsi törədilib. Ticarət mərkəzinin 7-ci sırasında yerləşən mağazaların birində odlu silahdan açılan atəş nəticəsində mağaza sahibi qətlə yetirilib. Qaradağ rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hazırda istintaq qrupu ərazidə müayinələr aparır. Hadisənin hansı səbəbdən baş verməsi və qətli törədən şəxsin kimliyi istintaqa məlum deyil.

"Lent.az"ın yaydığı məlumata görə, qətlə yetirilən iş adamı Eldəniz Nəsibovdur. ANSPRESS

Şərhlər