Bilgəh qəsəbəsində evə silahlı basqın olub
16 İyun 2010 Çərşənbə 12:55
Bilgəh qəsəbəsində evə silahlı basqın olub. Ər qətlə yetirilib, həyat yoldaşı isə xəsarət alıb.
Bakının Sabunçu rayonu ərazisində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 naməlum şəxs rayonun dünən saat 04.40 radələrində Bilgəh qəsəbəsində yaşayan İlqar Şeydabəyovun evinə girərək ona və səsə ayılmış arvadı Bikəxanım Şeydabəyovaya bıçaq xəsarətləri yetirib.

İ.Şeydabəyov hadisə yerində keçinib, Bikəxanım isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hazırda Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar