Siyəzən rayonu, Zarat kəndi ərazisində (rayon mərkəzindən 22 km aralı) “Xıdır Zində” ziyarətgahı (“Beşbarmaq” piri) adlanan dağlıq ərazidə sərnişin avtobusu aşıb. ANS PRESS-in Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, “Daewoo” markalı sərnişin avtobusu yağışlı hava şəraitində sürüşərək yoldan çıxıb. Nəticədə içərisində 21 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endiriblər. Onlar Bakı şəhərinə yola salınıblar. Əməliyyat saat 00:20-də başa çatıb.
Beşbarmaq pirində sərnişin avtobusu aşdı
Beşbarmaq pirində sərnişin avtobusu aşdı. 21 nəfər sərnişin xilas edilərək Bakıya yola salınıblar.




Şərhlər