Bərdədə toy yasa döndü
12 Fevral 2011 Şənbə 15:45
Toy mərasiminə gedən "Mercedes" markalı maşın yolun kənarında dayanan yük avtomobilinə çırpılıb
Azərbaycanın Bərdə rayonunda toy karvanında qəza baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Saatlı kəndi ərazisində, Həsənqaya kəndini rayon mərkəzi ilə birləşdirən yolun 3-cü km-də qeydə alınıb. Toy mərasiminə gedən maşın karvanındakı avtomobillərdən biri - Bərdə sakini Vüsal Qarayevin idarə etdiyi "Mercedes" markalı maşın yoldan çıxaraq yolun kənarında dayanan "Zil" markalı yük avtomobilinə çırpılıb. Baş verən yol qəzası 2 nəfərin - sürücü İlqar Ələkbər oğlu Quliyev və sərnişin Cəmil Rəhim oğlu Hüseynovun ölümü, sərnişinlər Babək Rüstəmovla, Famil Rüstəmovun yaralanması ilə nəticələnib.
Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti hələ də ağır olaraq qalır.
Hadisə yerində araşdırma aparan polisin ilkin ehtimalına görə, qəzaya yüksək sürət səbəb olub. Qəza zamanı minik maşını yarasız hala düşüb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: