Bərdə sakini intihara cəhd edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Xanərəb kəndinin sakini odlu silahla özünü öldürmək istəyib.
30 yaşlı Xəlilov Elmir Xəlil oğlu açdığı atəşdən yaralanıb. O dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər ona tibbi yardım göstərir.
Faktla bağlı Bərdə rayon prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Hələlik hadisənin səbəbi barədə açıqlama verilmir.
Bərdə sakini özünü öldürmək istədi
30 yaşlı Elmir Xəlilov Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.




Şərhlər