Belarus 5 Azərbaycan vətəndaşını İnterpol beynəlxalq cinayət polisi təşkilatı vasitəsilə axtarışa verib. Onların hansı məqsədlə axtarıldığı açıqlanmır. ANS PRESS-in “telegraf.by”a istinadən verdiyi xəbərə görə, Belarus ümumilikdə 383 nəfəri axtarır.
Avqustun 22-ə olan məlumata görə, onlardan 328 nəfəri Belarus vətəndaşıdır. Axtarışda olan əcnəbilər arasında ilk üçlüyü Rusiya (15), İsrail (7) və Ukrayna vətəndaşları (6) tutur.
Siyahının növbəti yerlərində Gürcüstan və Azərbaycan (Hər biri 5 vətəndaş olmaqla), Kanada (4), Suriya, Qazaxıstan və Çin (Hər biri 3), Bolqarıstan və Polşa (Hər biri 2) tutur.
Belarusun hüquq-mühafizə orqanları həmçinin Avstraliya, Ermənistan, Bosniya və Hersoqovina, İtaliya, Kamerun, Qırğızıstan, Latviya, Litva, Moldova, Pakistan, Polşa, ABŞ və Estoniya vətəndaşlarını da axtarışa verib.
Belarus 5 Azərbaycan vətəndaşını beynəlxalq axtarışa verib
Onların hansı məsələyə görə axtarışda olduğu açıqlanmır




Şərhlər