Bəhreyndə daha bir nümayişçi qətlə yetirilib
16 Fevral 2011 Çərşənbə 12:48
Polislə toqquşma zamanı daha bir neçə nəfər yaralanıb
Bəhreynin paytaxtı Manamada kütləvi iğtişaşlar zamanı polis bir nəfəri qətlə yetirib, bir neçə nəfəri isə yaralayıb. HƏMAS-ın “Əl-Manar” kanalının yayımladığı video görüntülərdə aksiya iştirakçıları hakim dairələrə qarşı şüarlar səsləndirir, siyasi islahatlar keçirilməsini tələb edir və hakim dairələrdə monarxların təmsil olunmasına son verilməsini istəyirlər. “Əl-Manar” kanalının video görüntülərində yüzlərlə insanın atəş səsləri altında qaçmaları və bir neçə nəfərin də yaralanması göstərilir.
Birləşmiş Ştatların 5-ci Hərbi Dəniz Qüvvələrinin burada olması Vaşinqtonu narahat edən nüanslardan biridir.
Qeyd edək ki, Bəhreyn əhalisinin əksəriyyətini təşkil edən şiələr, hakim sünni sülaləsinin ayrı-seçkiliyə yol verməsindən şikayətlənirlər. Etiraz dalğasının bürüdüyü Bəhreyndə dünən nümayişlər zamanı iki nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Ölüm və yaralanma halları polislə toqquşma zamanı baş verib. Ölkədə keçirilən etiraz aksiyaları zamanı polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
DOSTLARINLA PAYLAŞ: