BDU-nun rüşvətdə ittiham olunan müəllimi liftdə öldü
24 Fevral 2014 Bazar Ertəsi 11:35
Bu gün səhər saat 08:40 radələrində Bakıda daha bir ali təhsil müəssisəsinin professoru iş yerində dünyasını dəyişib.
Bu gün səhər saat 08:40 radələrində Bakıda daha bir ali təhsil müəssisəsinin professoru iş yerində dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. Professor səhər işə gələrkən liftdə halı pisləşib. Təcili yardım həkimi çağırılıb. Həkimlər gələnə qədər artıq müəllim keçinib.

Qeyd edək ki, Rəfael Süleymanov fevralın 21-də BDU-da keçirilən tələbələrlərlə Təhsil Nazirliyi nümayəndələri və rektorun görüşündə tarix fakültəsinin tələbəsinin şikayətçi olduğu müəllimdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar