BDU-da tələbəni belə döydülər
21 Fevral 2014 Cümə 17:42
Mühafizəçilər tərəfindən döyülən tələbənin harada olması bilinmir.
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşdən sonra tələbəni mühafizəçilər döyüb. ANS PRESS-in məlumatına görə, dünən şəhər saxlanılaraq bu gün səhər buraxılan fəal tələbə Hüseyn Novruzov mühafizəçilər tərəfindən döyülüb. Videoda döyülən tələbənin mühafizəçilər tərəfindən hadisə yerindən uzaqlaşdırıldığı əks olunub.

Qeyd edək ki, bu gün təhsil sistemində yeni islahatlarla bağlı daha ətraflı izahatların verilməsi məqsədilə Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə BDU-da görüş keçirilib.

Görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla yanaşı, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov və digərləri iştirak edib.

Xatırladaq ki, dünən bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar