Başına güllə vurulan senator danışdı
10 Fevral 2011 Cümə Axşamı 10:55
Qabriel Qiffordsun mətbuat katibi onun bir neçə kəlmə işlətdiyini bildirib
ABŞ Konqresi Nümayəndələr Palatasının bir ay əvvəl sui-qəsd olunan üzvü, senator xanım Qabriel Qiffords tədricən sağalmağa başlayıb. ANS PRESS-in CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə senatorun mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, Qiffords artıq qismən nitqini bərpa etməyə başlayıb. Mətbuat katibi senatorun yemək üçün çörək istədiyini bildirib.

“Bu onun birinci sözü olub, senator daha sonra yenə bir neçə kəlmə işlədib. Həkimlər heyranedici nəticələr əldə edirlər, onlar onun nitqi üzərində işləyirlər, fizioterapiyası ilə məşğul olurlar”, - deyə mətbuat katibi bildirib.

Xatırladaq ki, Qiffords seçicilərlə görüşü zamanı başından ağır güllə yarası almışdı. Atəş açan şəxs daha 13 nəfəri yaralamış və hakimlə 9 yaşlı uşaq da daxil olmaqla 6 nəfəri qətlə yetirmişdi.

Qeyd edək ki, hadisəni törədən 22 yaşlı Cared Lofnerin təqsiri sübuta yetirilərsə, onu ölüm hökmü gözləyir. Lakin müttəhim Arizonada baş verənlərdə özünü təqsirkar bilmir


DOSTLARINLA PAYLAŞ:

oyunlar