Hadisə

Bankə qəsəbəsində piyada vuruldu

Yaralı xəstəxanada ölüb

· Xəbərçi
Bankə qəsəbəsində piyada vuruldu
Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 1-də saat 15.30 radələrində Neftçala rayonu ərazisində Bankə qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Orxan Abdullayev idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla 2-ci Mayak kənd sakini Elmar Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Əliyev orada ölüb.

Faktla bağlı Neftçala rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər