Hadisə

Balakəndə 70 yaşlı qadın qəfildən keçinib

Onun kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb

· Xəbərçi
Balakəndə 70 yaşlı qadın qəfildən keçinib
Balakən rayonundakı bazarda ölüm hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Balakən rayonunun prokuroru Vəli Əhmədov məlumat verib. Xəbərə görə, hadisə bu gün saat 14:00 radələrində Balakən mərkəzi bazarında 70-75 yaşlarında qadın qoz-fındıq satarkən qəfildən keçinib. Qadının Balakən rayonunun Boçtbinə qəsəbə sakini olması təsdiqlənsə də, kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Prokurorun dediyinə görə, hadisəyə səbəb ürək dayanması olub.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS

Şərhlər