Bakıya gələn elektrik qatarı relsdən çıxıb
23 Fevral 2010 Çərşənbə Axşamı 21:25
Hadisə Siyəzən rayonu ərazisində baş verib
Bu gün saat 18:35-də Yalama-Bakı istiqamətində hərəkət edən R12.96 nömrəli elektrik qatarı relsdən çıxıb. Hadisə Siyəzən rayonu Gil-gilçay dəmiryolu stansiyası ərazisində baş verib.

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi Fəxrəddin Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, Bakı istiqamətində hərəkət edən elektrik qatarının iki vaqonu relsdən çıxıb.

Elektrik qatarı Azərbaycan Dövlət Dəmir Yolunun 2538-ci kilometrinin 4-cü piketində dəmir yolu relsindən çıxıb. Vaqonlar relsdən çıxdıqdan sonra təqribən iki metr irəliləyib və maşinist tərəfindən qatarın hərəkəti dayandırılıb.

Xoşbəxtlikdən hadisə nəticəsində vaqonlar aşmayıb və xəsarət alan yoxdur. Hazırda hadisə yerində olan mütəxəssislərin köməyi ilə qəzanın nəticələri aradan qaldırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar