Hadisə

Bakını mərkəzində “Nissan” xəndəyə düşdü: 1 ölü, 2 yaralı

Hadisə 3-cü mikrorayon dairəsi yaxınlığında baş verib.

· Xəbərçi
Bakını mərkəzində “Nissan” xəndəyə düşdü: 1 ölü, 2 yaralı
Bu gecə Bakının Nəsimi rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnənr yol qəzası baş verib. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, 3-cü mikrorayon dairəsi yaxınlığında Mİkayıl İsrafilovun idarə etdiyi “Nissan” markalı minik maşını yolun ortasında qazılmış xəndəyə düşüb.

Qəza nəticəsində “Nissan”da olan sərnişin, Anatoliy Lobanov hadisə yerində dünyasını dəyişib, sürücü və başqa bir sərnişin isə xəsarət alıb. Faktla bağlı araşdırma apaırlır.

Şərhlər