Hadisə

Bakıdaticarət mərkəzində güclü yanğın başlayıb

Hadisə yerinə 7 yanğınsöndürən maşın yollanıb

· Xəbərçi
Bakıdaticarət mərkəzində güclü yanğın başlayıb
Bakının Binəqədi rayonunda “Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın restoran, kafe, market, alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, əraziyə 7 yanğınsöndürən maşın yollanıb. Yanğının binanın dam örtüyündə baş verdiyi ehtimal olunur.

Ölən və xəsarət alan barədə məlumat yoxdur. Hadisənin nə səbəbdən baş verməsi də bilinmir.

Şərhlər