Bakıdakı uçqunla bağlı rəsmi məlumat
08 Fevral 2014 Şənbə 15:46
Fərdi yaşayış evin dam örtüyü uçub və dağıntılar altında 1 nəfər qalıb.
Fövqəladə Hallar Nazirliyi Sabunçuda baş vermiş uçqun hadisəsi ilə bağlı məlumat yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evin dam örtüyü uçması və dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, fərdi yaşayış evinin qonaq otağının tavanı uçub, 1997-ci il təvəllüdlü kişi yataq otağında köməksiz vəziyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə otağın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olub, həmin şəxsin xilas olunmasını təmin ediblər.

Əməliyyat saat 11:34-də başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar