Hadisə

Bakıdakı şadlıq evlərindən birində yanğın baş verib

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən restorandan 30-a yaxın insanının təxliyyəsi həyata keçirilib.

· Xəbərçi
Bakıdakı şadlıq evlərindən birində yanğın baş verib
Bakıdakı şadlıq evlərindən birində yanğın hadisəsi meydana gəlib. ANS PRESS FHN-nin internet saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Clear” şadlıq sarayının reklam lövhəsi və dam örtüyü 20 kv.m sahədə yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən restorandan 30-a yaxın insanının təxliyyəsi həyata keçirilib. Restoran yanğından mühafizə olunub. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər