Bakıdakı atışmanın iştirakçılarından biri saxlanılıb
02 İyul 2010 Cümə 12:40
Bakıdakı atışmanın iştirakçılarından biri saxlanılıb. Hər üç maşının sahibi müəyyənləşib.
Paytaxtda baş verən atışmanın iştirakçılarından biri tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə hadisəni kimlərin törətdiyi müəyyənləşdirilib. Məlum olub ki, paytaxt küçələrində avtoxuliqanlıqla məşğul olan 3 avtomobil yüksək sürətlə hərəkət edən zaman avtomobillərdən birindən atəş açılıb.
Araşdırma zamanı hər üç avtomobilin markası, dövlət nömrə nişanı, avtomobillərin kimə məxsus olması müəyyənləşdirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Dadaşov saxlanıb. Digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. anspress
DOSTLARINLA PAYLAŞ: