Hadisə

Bakıda yeniyetməni əqrəb sancıb

Bu dəfə hadisə Buzovna qəsəbəsində baş verib.

· Xəbərçi
Bakıda yeniyetməni əqrəb sancıb
Bakıda 15 yaşlı yeniyetməni əqrəb sancıb. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, avqustun 4-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 15 yaşlı oğlanı əqrəb sancıb.

Uşaq xəstəxanaya yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, mövsümün ilk əqrəbsancması mayın 13-də qeydə alınıb. Mövsüm ərzində 35 nəfəri əqrəb sancıb.

Şərhlər