Bakıda yeniyetmə gənclər soyuldu
25 İyun 2010 Cümə 23:20
Bakıda yeniyetmə gənclər soyuldu. Onların mobil telefonıarı əllərindən alınıb.
Bakının Sabunçu rayonunda yeniyetmələrə qarşı soyğunçuluq edilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıxanov qəsəbə sakini 16 yaşlı Elşən Feyzullayev Tofiq adlı şəxslə birgə, Sumqayıt şəhər sakinləri 18 yaşlı Vasif Əlləzov və 15 yaşlı Mehdi Əsgərova qarşı zor tətbiq edərək mobil telefonlarını onlardan alıb. Onlar cinayəti törətdikdən sonra hadisə yerindən qaçıblar.
Hazırda faktla bağlı rayon Polis İdarəsində araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: