Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Zığ qəsəbəsində yerləşən 1 saylı yataqxanada baş verib.
Kimliyi hələlik müəyyən olunmayan qadın naməlum şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar. ANSPRESS
Bakıda yataqxanada qətl hadisəsi baş verib
Naməlum şəxs və ya şəxslər bir qadını bıçaqlayaraq öldürüblər.




Şərhlər