Hadisə

Bakıda yaşayış evində partlayış olub, ölən var

Hadisə Bülbülə qəsəbəsində baş verib

· Xəbərçi
Bakıda yaşayış evində partlayış olub, ölən var
Bakıda yaşayış evində partlayış olub. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 17.30 radələrində rayonun Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, 30 ünvanında qeydə alınıb. Həmin ünvanda qaz sızması nəticəsində yanğına keçən partlayış baş verib. Nəticədə evdə olan bir nəfər - 54 yaşlı Zübeydə Dadaşova aldığı yanıq xəsarətindən hadisə yerindəcə keçinib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını ala biliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər