Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Hadisə yerinə iki rayonun yanğınsöndürənləri cəlb olunub.

· Xəbərçi
Bakıda yaşayış binasında yanğın olub
Bakının Nəsimi rayonunda Rəşid Behbudov prospekti 30 ünvanında beş mərtəbəli binanın dam örtüyündə yanğın hadisəsi baş verib. Alovun qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin Nəsimi və Səbail rayonlarının bölmələri cəlb olunub.

Yanğının qarşısı qısa müddətdə alınıb. Binanın damında tüstü bacasının ətrafında olan 10 kvadratlıq sahə yanıb. Xəsarət alan olmayıb.

Yanğınının sobalar üçün nəzərdə tutulmuş tüstü bacasından başlandığı ehtimal olunur. Hadisənin daha dəqiq səbəbləri Nazirliyin müvafiq qurumları tərəfindən aparılacaq araşdırmaların yekunundan sonra məlum olacaq. ANSPRESS

Şərhlər