Hadisə

Bakıda yas mərasimində partlayış

Hadisə qaz sızmasından törəyib

· Xəbərçi
Bakıda yas mərasimində partlayış
Bakıda yas mərasimində partlayış baş verib. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün saat 17.40 radələrində Xudu Məmmədov küçəsi 39 ünvanında baş verib. Məlumata görə, yas mərasimi üçün qurulan mağara yaxınlıqda yerləşən meyvə-tərəvəz dükanından rezin boru ilə qaz xətti çəkilib. Bir müddət sonra isə borudan qaz sızıb və ani partlayış baş verib. Nəticədə ölən və xəsarət alan olmasa da, dükana 5-6 kvm. sahədə ziyan dəyib, pəncərə şüşələri dağılıb. Hadisə yerində təhqiqat aparılır.

Şərhlər