Bakıda yanan hündürmərtəbəli binanın sakinləri təxliyyə edilib
06 İyul 2012 Cümə 14:07
Yanğın Nərimanov rayonunda 16-mərtəbəli yaşayış binasında baş verib.
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 16-mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısı yanıb.
Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, mənzillər yanğından mühafizə olunub.
DOSTLARINLA PAYLAŞ: