Bakının Nərimanov rayonunda vətəndaşı qarət edərək hadisə yerindən qaçmaq istəyən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə iyulun 13-ü Təbriz küçəsində baş verib. İlkin Allahverdiyev Mahir Quliyevi yerə yıxaraq, içərisində 1450 ABŞ dolları, 125 manat və 2 ədəd mobil telefon olan əl çantasını alıb qaçarkən Nərimanov Rayon Polisinin və 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır. anspress
Bakıda vətəndaşın çantasını alaraq qaçan şəxs tutulub
Bakıda vətəndaşın çantasını alaraq qaçan şəxs tutulub. Hadisə Nərimanovda olub.




Şərhlər