Bakıda “Vaz 2107” divara çırpıldı
25 Fevral 2011 Cümə 06:26
Qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir
Nizami rayonunda da ağır yol nəqliyyat hadisəsi baş verib. Babək prospektində meydana gələn hadisədə 21 yaşlı Miriyev Elvin Kərəm oğlunun idarə etdiyi “Vaz 2107” markalı avtomobil divara çırpılıb. Qəza nəticəsində sürücü Miriyev Elvin və onun sərnişini 20 yaşlı Babayev Cabbar Cəlal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Xəstəxananın həkimləri tərəfindən müayinə olunan yaralılardan Cabbar Babayevə stasionar müalicə təyin edilib. Elvin Miriyev isə sonrakı ambulator müalicə tədbirləri üçün evə buraxılıb. Qəzanın səbəblərini isə Nizami rayon polisi araşdırır. İlkin olaraq qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir.
DOSTLARINLA PAYLAŞ: