Bakıda uşaq bağçası yanıb
Yanğın Sabunçu rayonunda uşaq bağçasının həyətindəki talvarda meydana gəlib
Bakı şəhərində yerləşən uşaq bağçasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Sabunçu rayonunda uşaq bağçasının həyətindəki talvarda meydana gəlib. Nəticədə 25 kv.m sahə yanıb. Bağça binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.




Şərhlər