Bakıda Ukrayna vətəndaşı yanaraq ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
Qəsəbə sakini Orxan Mirzəyevin evində yanğın baş verib. Nəticədə orada gözətçi işləyən Ukrayna vətəndaşı Aleksandr Spasuk termiki yanıq xəsarətlərilə xəstəxanaya gətirilib.
Həkimlər onun həyatını xilas edə bilməyib.
Bakıda Ukrayna vətəndaşı yanıb öldü
Həkimlər onun həyatını xilas edə bilməyib.




Şərhlər