Bakıda Türkiyə vətəndaşları qəzaya düşdülər
30 İyun 2012 Şənbə 14:00
Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Bu gün səhər saat 10:00 radələrində Bakının Suraxanı rayonu ərazisində H.Əliyev Beynəlxalq Hava Limanına gedərkən "Buta Plaza"nın yaxınlığında Türkiyə vətəndaşları qəzaya düşüblər.

Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Cəmşid Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Coşqun İsa oğlu Qafarovun idarə etdiyi 90 AH 140 dövlət nömrə nişanlı avtmobil sürətlə hərəkət edərkən idarəetməni itirərək yoldakı maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər Türkiyə vətəndaşı ağır yaralanıb.

İlkin araşdırmalar zamanı qəzaya avtomobilin sürətlə idarə olunma səbəb olduğu müəyyənləşib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, xəsarət alanlar 20 yaşlı Sudat Nam Hasad, 23 yaşlı Murad Qılcosan Mehmet və 40 yaşlı Hüseyn Mustafa ağır yaralanıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar