Hadisə

Bakıda Türkiyə vətəndaşının 50 min dollarlıq qızıl-zinəti oğurlandı

Oğurluqda şübhəli bilinən qadın həmin gün saxlanılıb.

· Xəbərçi
Bakıda Türkiyə vətəndaşının 50 min dollarlıq qızıl-zinəti oğurlandı
Bakıda yaşayan Türkiyə vətəndaşı soyulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 13-də İnşaatçılar prospektində yaşayan Türkiyə Respublikasının vətəndaşı Güvən Lokmanın mənzilindəki seyfdən açar seçmə yolu ilə 50 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli şəxs saxlanılıb. Bu, Bakı şəhər sakini Səbinə Orucovadır.

Şərhlər