Hadisə

Bakıda tikinti idarəsində partlayış baş verib

Polis və FHN binada olan gecə nəzarətçisini axtarır

· Xəbərçi
Bakıda tikinti idarəsində partlayış baş verib
Bu gün səhər saat 05:40 radələrində Binəqədi rayonunda partlayış baş verib. Binəqədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış Binəqədi qəsəbəsində yerləşən Yol Təmir-Tikinti İdarəsində baş verib. Partlayış baş verən zaman gecə nəzarətçisinin binada olduğu ehtimal olunur.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Faktla bağlı Rayon Polis İdarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır. ANSPRESS

Şərhlər