Ötən gecə Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Əlizadə küçəsi, ev 36 a, mənzil 34-də yaşayan, 20 yaşlı Orxan Vahid oğlu Kərimli yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Orxan Kərimli aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Verilən məlumata görə, intihar edən şəxs Azərbaycan Texniki Universitetinin III kursunda təhsil alırmış. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı
Hadisə Nərimanov rayonunda qeydə alınıb.




Şərhlər