Hadisə

Bakıda təcili yardım maşını qəzaya düşüb

Hadisə Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsiyində baş verib.

· Xəbərçi
Bakıda təcili yardım maşını qəzaya düşüb
Bu gün saat 11.00 radələrində Bakıda qol-qəza hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına məxsus ambulans “Mitsubishi Pajero” markalı maşınla toqquşub.

Hadisə yerinə polis əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar. Qəza nəticəsində ölən və yaralananın olub-olmaması barədə məlumat yoxdur.

Qəzanın baş vermə səbəbləri araşdırılır. ANSPRESS

Şərhlər