Bakıda tanınmış saytın jurnalisti anası ilə birlikdə qətlə yetirildi
12 Noyabr 2012 Bazar Ertəsi 19:55
Hadisə Mərdəkan qəsəbəsində baş verib
Ötən gün Bakının Xəzər rayonu ərazisində tanınmış saytların birinin jurnalistinin ailəsində qanlı hadisə törədilib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsi Qardaşxan Aslanov küçəsi dalan 3 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Mənsim Mənsimov ailə münaqişəsi nəticəsində arvadı 1963-cü il təvəllüdlü Zemfira Mənsimova və qızı 1990-cı il təvəllüdlü Sevinc Mənsimlini baltalayaraq qətlə yetirib. Daha sonra isə 63 yaşlı Mənsim Mənsimov özünü asıb.

Araşdırmalar zamanı məlum olub ki, Sevinc Mənsimli “Qafqazinfo” saytının müxbiridir.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu məddələrlə cinayət işi başlanıb, araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar