Bakıda sürücü yol polisi idarəsinin qarşısında öldü
21 Aprel 2012 Şənbə 11:21
"KamAZ" sürücüsünün ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Bakıda müəmmalı ölüm hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Useynov küçəsində, Səbail rayon Dövlət Yol Polisi İdarəsinin qarşısında 51 yaşlı kişi qəfildən ölüb.

Məlumata görə, Bakı şəhərinin Binəqədi rayon sakini olan 1961-ci il təvəllüdlü Abdullayev Pünhan Aydın oğlu idarə etdiyi “KamAZ” markalı yük maşınında olarkən özünü pis hiss edib. O, maşını polis idarəsinin qarşısında saxlayıb və avtomobildən düşər-düşməz yıxılaraq ölüb.

İlkin ehtimala görə, P.Abdullayev ürək çatışmazlığından vəfat edib.

Faktla əlaqədar ekspertiza təyin edilib, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar