Hadisə

Bakıda sexdən pul oğurlayan şəxsi polis tutdu

Oğurluq hadisəsi Nərimanov rayonunda baş verib.

· Xəbərçi
Bakıda sexdən pul oğurlayan şəxsi polis tutdu
Bakıda sexdən pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Fuad Novruzova məxsus F.Yusifov küçəsində yerləşən sex qarət edilib. Belə ki, sexə açar seçmə yolu ilə daxil olunub. Sexdən 2300 manat oğurlanıb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Əliyev yaxalanıb.

Şərhlər