Bakıda sərnişin avtobusu qəza törətdi: 41 yaşlı kişi öldü
    02 May 2012 Çərşənbə 11:21
    Hadisə Yasamal rayonunda baş verib.
    
                	 
    
         Ötən gün Bakı Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, H.Zərdabi küçəsi 242 ünvanının qarşısında 1963-cü il təvəllüdlü Əfqan Azayev idarə etdiyi “Otoyol” markalı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyadanı vurub.
Məlumata görə, piyada 1971-ci il təvəllüdlü Abbasov İbrahimxəlil Əlihüseyn oğlu avtomobildən düşərək yolun hərəkət hissəsinə çıxıb. Bu zaman 5 saylı xətt üzrə hərəkət edən avtobus onu vurub. Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Faktla əlaqədar Yasamal RPİ-də araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: