Bakıda mikroavtobus qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi martın 6-da Yeni Günəşli yaşayış sahəsi, “Q” massivində baş verib.
Bakı şəhər sakini İsa Baxşəliyevin idarə etdiyi 103 saylı marşrut xətti ilə hərəkət edən “Mercedes” markalı mikroavtobus qaçırılıb. Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mikroavtobusu qaçırmaqda şübhəli bilinən, Şamaxı rayon sakini Vüqar Atakişiyev martın 8-də tutulub.
Faktla bağlı araşdırma davam etdirilir. ANSPRESS
Bakıda sərnişin avtobusu qaçırıldı
Bakıda sərnişin avtobusu qaçırıldı. Hadisədə şübhəli bilinən şəxs tutulub.




Şərhlər